Acidex ACISEPT DZ 21 - 5 L
Acidex Acisept DZ 21 - spirt əsaslı əl üçün dezinfektant. Bu vasitə tibb müəssisələrində və qida sənayesi müəssisələrində (restoran, kafe), ticarət mərkəzlərində, gözəllik salonlarında, spa mərkəzlərində və s. istifadə oluna bilər.
Acidex Acisept DZ 21 - spirt və dördlü ammonium birləşmələri (QAC) tərkibli, əl dərisinin üzərində daimi ya müvəqqəti məskunlaşmış mikroorqanizmlərlə - bakteriyalarla, göbələklərlə və viruslarla aktiv mübarizə aparan güclü zərərsizləşdirici təsirə malik əl üçün dezinfeksiya vasitəsidir.
Acidex Acisept DZ 21 xüsusən əllərin gigiyenik və cərrahi dezinfeksiyası üçün yararlıdır və Polar - duru əl üçün sabun kimi yumşaq sabunla istifadə olunur. Tərkibində aromatik və ətir maddələrinin olmaması qidanın xarab olma ehtimalını aradan qaldırır və qida sənayesi müəssisələrində istifadə edilməsinə şərait yaradır.
Acidex Acisept DZ 21 dezinfektantını istifadə etməzdən əvvəl yumşaq sabunla əlləri yaxşı yumaq lazımdır, Polar - duru əl üçün sabun kimi.
pH səviyyəsi: 5,5
Qablaşdırma: 5 L