Hovuza qulluq
Hovuzun təhlükəsiz və rahat istirahət yeri olması üçün həm qurğunun təmizliyinə, həm də suyun keyfiyyətinə nəzarət etmək vacibdir. Hovuza qulluq zamanı suyun təmizlənilməsi və dezinfeksiyası üçün xüsusi preparatların istifadə edilməsi mütləq şərtdir. Bu çeşidə müəyyən təyinatlı, təsirli, buraxılış forması və istifadəsinə görə fərqlənən vasitələr daxildir.
Faber kimyəvi hovuz vasitələri – rahat və təhlükəsiz çimməyə zəmanət verir.
Hovuzda rahat çimmək üçün suyun bütün keyfiyyət standartları gözlənilməlidir. Hovuz yosunların və mikrobların inkişaf etməsi üçün ideal mühitdir. Bu proseslərin qarşısı vaxtında alınmazsa, su kəz bağlayır, qoxuyur və, insan sağlamlığına təhlükə yaradır. Bircə filtrasiya və suyun tez-tez dəyişilməsi ilə hovuzu təmizləmək mümkün deyil, çünki, filtr mikroorqanizmləri saxlamır, bakteriya və göbələklərsə inkişaf edərək artır. Odur ki, daha təsirli üsullardan – hovuz camını və suyu təmizləmək üçün xüsusi vasitələrdən istifadə etmək lazımdır.
Düzgün istifadə edildikdə həmin vasitələr sağlamlığa zərər yetirmir, bununla belə, kimyəvi su təmizləyici vasitələrdən imtina etmək çoxsaylı yoluxucu xəstəliklərin yaranmasına şərait yaradır.
Kimyəvi basseyn təmizləyici vasitələr aşağıdakı vəzifələri yerinə yetirir:
- Bakteriyalar, göbələklər və virusları məhv edir, əmələ gəlməsinə mane olur;
- Suyun pH səviyyəsinin tənzimlənməsi;
- Bulanıq suyun təmizlənməsi;
- Yosunlarla mübarizə (suyun kəz bağlaması) və qarşısının alınması.
Hovuzu təmiz saxlamaq və sağlamlığı qorumaq üçün xüsusi kimyəvi vasitələrdən mütəmadı qaydada istifadə etmək məsləhətdir.