Acidex QUAT-DEZ FOOD 11
Acidex QUAT-DEZ FOOD 11 vasitəsi qida müəssisələrində, o cümlədən, süd, balıq emalı, ət emalı, çörəkbişirmə və s. müəssisələrində, habelə, otaq səthlərinin, sərt mebelin, təmizlik ləvazimatlarının dezinfeksiyası, kommunal obyektlərdə, ictimai iaşə müəssisələrində dezinfeksiya və əsaslı təmizlik işləri üçün istifadə edilir. Həmçinin, dəmiryolu nəqliyyatı və metropoliten, vağzal sahələri, metropoliten stansiyalarında istifadə olunur.
Geniş təsir spektrli yüksək effektivli dezinfeksiya vasitəsi bakteriyaları, virusları və göbələk mikroorqanizmlərini məhv edir, insanlar, heyvanlar və ətraf mühit üçün, müxtəlif səthlər üçün təhlükəsizdir, paslanmayan polad, çini, şüşə, kafel və plastik detalların dezinfeksiyası üçün istifadə edilə bilər, geniş temperatur diapazonunda təsirlidir, tərkibində xlor yoxdur.
Tətbiq üsulu:
Dezinfeksiya vasitələri məhlulları əsaslı qələvi yuma və yaxalamadan sonra istifadə edilir.
Zəruriyyət yarandıqda duzlu çöküntülərin aparılması üçün əvvəl turşu əsaslı vasitə ilə yuma və yaxalama, sonra isə dezinfeksiya olunur. Bu əməliyyatların dəqiq aparılması preparatın sonrakı təsir dərəcəsini müəyyən edir. Dezinfeksiya olunan səthlərin üzərində zülal-yağ tərkibli çirklənmənin olması yolverilməzdir.
Dezinfeksiyadan dərhal sonra 5 - 15 dəqiqə ərzində su ilə yaxalanma aparılır.
Yuyucu vasitə qalıqları tam təmizləndikdən sonra avadanlığın və ya otaq səthlərinin dezinfeksiyası aparılır.
pH səviyyəsi: 8
Qablaşdırma: 20 kg