Acidex FOOD B 23
Acidex FOOD B 23 qələvi yuyucu vasitə bütün texnoloji avadanlığın, qablaşdırma materiallarının, tutumlu qabların, doğrama masalarının, inventarın və s. yuyulması və dezinfeksiyası, habelə, qida və emal sənayesində, ictimai iaşə idarələrində divarların və döşəmələrin yuyulması, istehsal prosesi zamanı mürəkkəb yağlı çirklərin təmizlənməsi, eləcə də, sanitar emal məqsədi ilə istifadə edilir.
Yuyucu vasitə qələvidavamlı materiallardan hazırlanmış səthlərin üzərindən zülallı, yağlı və digər üzvi çirkləri aparır. Aktiv xlor hesabına yuyucu və dezinfeksiya təsirinə malikdir. Yağ, qan, piqment, his, kif ləkələrini effektiv şəkildə təmizləyir.
Tətbiq üsulu:
Işçi məhlullar ilə yuyulma rejimləri: əl ilə yuyulma, köpük generatoru, islatma. Məhlulların qatılığı 0,2 - 5,0 % (0,02 - 0,5 litr 10 litr suya), temperaturu – 20 - 60˚ С, ekspozisiyası 5-30 dəqiqə. Münasib qatılıq dərəcəsi, temperatur göstəricisi və texnologiya üsulu çirklərin xarakteri və dərəcəsindən asılı olaraq fərdi qaydada seçilir.
Istifadə şərtləri çirklənmənin səviyyəsi və növündən, habelə, yuyulma prosesinin mexaniki yardım dərəcəsindən asılıdır. Acidex FOOD B 23 əl üsulu və ya köpük generatoru vasitəsi ilə istifadə edildikdən sonra yuyulmuş səthlər təmiz su ilə əsaslı yaxalanmalıdır.
Dozalaşma:
Məhsulun adı
|
Qarışdırılma
|
Çirklənmə dərəcəsi
|
|||
Aşağı
|
Orta
|
Yüksək
|
|||
Acidex FOOD B 23 |
10 L
|
Su
|
250 ml
|
350 ml
|
500 ml
|
pH səviyyəsi: 12
Qablaşdırma: 25 kg